Kateqoriyasız

“Qəbələ” uduzdu, “Sumqayıt” “Səbail”ə qalib gəldi – Yenilənib

Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

İkinci oyun günündə daha iki matç keçirilib. Əvvəlcə “Qəbələ” “Sabah”ı qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Tura Sumqayıtda yekun vurulub. Şəhərin eyniadlı komandası “Səbail”lə üz-üzə gəlib. Bu görüşdə meydan sahibləri sevinib – 2:0.

Azərbaycan Premyer Liqası
IX tur

31 oktyabr (bazar)

“Qəbələ” – “Sabah” – 1:3
Qollar: İsnik Alimi, 69 – Coy-Lens Mikkels, 20, Tiemoku Fofana, 39, Aleksey İsayev, 63

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 16:00

“Sumqayıt” – “Səbail” – 1:0
Qollar:
 Rəhim Sadıxov, 37, Səd Rza, 74
Qırmızı vərəqə: Nikolas Raysel, 6 (“Səbail”)

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Kapital Bank Arena”, 18:15


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43