Kateqoriyasız

“Qəbələ” və “Neftçi” qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

İdmanxeber.az-ın məlumatına görə, sonuncu oyun günündə daha iki qarşılaşma keçirilib

“Qəbələ” doğma meydanda “Şamaxı”nı qəbul edib. Meydan sahibləri görüşdən 3:1 hesablı qələbə ilə ayrılıblar.

II tura “Neftçi” – “Kəpəz” matçı ilə yekun vurulub. “Ağ-qaralar” doğma meydanda rəqibini darmadağın ediblər – 5:2.

Azərbaycan Premyer Liqası

II tur

14 avqust (bazar)

18:20. “Qəbələ” – “Şamaxı” 3:1

Qollar: Rövlan Muradov, 8, Murad Musayev, 10, Felipe Santos, 20, Amil Yunanov, 56 (3:1)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
Qəbələ şəhər stadionu

20:30. “Neftçi” – “Kəpəz” 5:2

Qollar: Solomon Kvirkveliya, 11 (1:0), Emin Mahmudov, 12 (2:0), Kenni Sayef, 15 (3:0), Eddi İsrafilov, 51 (4:0), Abdullahi Şuaybu, 57 (4:1), Yeqor Boqomolski, 89, Nicat Süleymanov, 90+3 (5:2)
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
“Bakcell Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sabah” səfərdə “Zirə”ni 3:1, “Qarabağ” “Sumqayıt”ı 2:0, “Turan Tovuz” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43