Qəbələ şəhər stadionu millinin oyunu üçün tam hazır vəziyyətə gətirilib.
İdmanxeber.az-ın məlumatına görə, tribunada və media sektorda müəyyən işlər aparılıb. Çəkiliş üçün nəzərdə tutulan yerlərdəki çatışmazlıqlar da aradan qaldırılıb. Hazırda arena tam ideal vəziyyətdədi.
Xatırladaq ki, Azərbaycan millisi ayın 16-da, saat 18:00-da Estoniya yığmasını qəbul edəcək. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq.