Kateqoriyasız

“Qəbələ” Tovuza 4 itki ilə yollanıb

“Qəbələ” “Turan Tovuz”la matça itkilərlər çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”da hazırlıq prosesində zədələnən Rüfət Əhmədov səfərə yollanan heyətdə yer almayıb. Digər sıradan çıxan futbolçular – Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.

“Turan Tovuz” – “Qəbələ” matçı bu gün saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43