“Qebələ” milliləşdirilərək U-21 yığmamıza cəlb olunan türkiyəli futbolçu Samet Karakoçu heyətinə qata bilər.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin 3-cü liqasında mübarizə aparan “Bayrampaşa” klubunda çıxış edən 19 yaşlı müdafiəçi bu keçidə müsbət yanaşır. Ancaq bu transferin baş tutması üçün Türkiyə klubunun da razı olması gərəkdi.
Tərəflər arasında danışıqlar gedir.