26 Oktyabr 2024
Ölkə futbolu

“Qəbələ” xal itirdi, azarkeşlər Tsxadadzeyə təpki göstərdi – VİDEO

Azərbaycan I Liqasında növbəti turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “İmişli”ni qəbul edib. Görüş qolsuz bərabərliklə sona çatıb – 0:0. Bu nəticənin ardından “Qəbələ” lider “Karvan”ın 4 xal gerisinə düşüb.

Matçın ardından azarkeşlər “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzeyə təpki göstərib. Onlar komandanın oyunundan narazı qaldıqlarını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43