16 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” Zaur Hacıyevlə yollarını ayırdı

“Qəbələ” Futbol Akademiyası məşqçi Zaur Hacıyevlə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə kluun mətbuat xidməti məlumat yayıb. 2023-2024-cü illər mövsümündə U-19-a rəhbərlik edən mütəxəssis akademiyada fəaliyyət göstərdiyi uzun müddət ərzində müxtəlif yaş qrupları üzrə komandalarda çalışıb.

“Qırmızı-qaralar” Hacıyevin rəhbərliyi altında müxtəlif liqalarda mükafatçılar sırasında yer alıb.

“Qəbələ” İdman Klubu Zaur Hacıyevə futbolçu və məşqçi kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43