Kateqoriyasız

“Qəbələ” “Zirə” ilə oyuna itkilərlə hazırlaşır

“Qəbələ”nin dörd futbolçusu hazırlıqda iştirak etmir. 

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın 18-ci turunun “Qarabağ”la səfər oyununda zədələnən Omar Haninin durumuna müayinədən sonra tam aydınlıq gələcək.

Rüfət Əhmədov həm komanda, həm fərdi məşqlərini davam etdirir. Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası dövrü keçir.

Qeyd edək ki, “Qəbələ” Premyer Liqanın 19-cu turunda “Zirə” ilə qarşılaşacaq. Görüş martın 13-də Qəbələdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43