Ölkə futbolu

“Zirə” uduzdu, “Neftçi” qalib gəldi – Yenilənib

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

“Qəbələ” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Qarşılaşma “Qəbələ”nin 2:1 hedsablı qələbəsi ilə sona çatıb.

Günün digər oyununda “Neftçi” “Sabah”ın qonağı olub.  “Ağ-qaralar” qarşılaşmada 2:0 hesablı qələbə qazanaraq “Qarabağ”la xal fərqini yenidən 2-yə endirib.

19 aprel (cümə)

16:00.“Qəbələ” – “Zirə”  2:1

Qol: Davit Volkov, 21, Ceyms Adeniye, 56, Sadio Tounkara, 71
Hakimlər
: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

18:30.“Sabah” – “Neftçi” 0:2

Qol: Namiq Ələsgərov, 59, 63

Qırmızı: Novruz Məmmədov, 55
Hakimlər:
 Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov
“Əlincə Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43