Kateqoriyasız

“Qəbələ”dən daha bir lazımsız transfer

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə,söhbət İbrahima Niassedən gedir. Əyalət təmsilçisi sabiq futbolçusu ilə razılıq əldə edib.

Niassen azad agent kimi kluba qoşulub.

Qeyd edək ki, 2013-2014 mövsümündə də “Qəbələ”də çıxış etmiş 31 yaşlı futbolçu 29 oyuna 1 qol vurub. O, ölkəmizdə “İnter”də oynayıb. “Qəbələ”dən 2014-cü ildə ayrılan Niasse “Mordoviya” (Rusiya), “Konkordiya” (Rumıniya), “Delhi Dinamos” (Hindistan), “Levadiakos” (Yunanıstan) və “Raca Kasablanka” (Mərakeş) klublarında çıxış edib. Futbolçunun vikipediy məlumatlarına əsaslansaq Niasse 1 ildir ki, futbol oynamır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43