Ölkə futbolu

“Qəbələ”dən heç-heçə, “Neftçi” qalib gəldi – YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Günün digər matçında isə “Neftçi” “Sumqayıt”ın qonağı olub. Görüş “ağ-qaralar”ın qələbəsi ilə başa çatıb – 3:2.

Qeyd edək ki, 1/4 finalın cavab matçları 8-9  fevral tarixlərində oynanılacaq.

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ” 1:1

Qollar:  Samuel Tetteh, 11 (0:1), Elvis Maşike, 45 (1:1)

Qırmızı vərəqə: Lukas Afriko, 77 (“Qəbələ”)
Hakimlər: 
Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov

“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi” 2:3

Qollar: Yeqor Boqomolski, 29 (0:1), Emin Mahmudov, 44-pen. (0:2), 45+2 (0:3), Elvin Bədəlov, 60 (1:3), Kasimir Ninqa, 89 (2:3)
Hakimlər
: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev

“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43