Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Qəbələ” heyətinə bir legioner futbolçu qatacaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, əyalət təmsilçisinin baş məşqçisi yarımmüdafiə xəttinə bir futbolçunun transferinin vacibliyi haqda rəhbərliyi məlumatlandırıb. “Qırmızı-qara”lar yanvarda adı açıqlanmayan legioneri sıralarına cəlb edəcək.
Qeyd edək ki, komanda 2022/23 mövsümünün ikinci yarısına Antalya şəhərində hazırlaşacaq.
Komanda 2023-cü il yanvarın 4-dən 17-dək keçiriləcək toplanışda “Limak Limra” otelində məskunlaşacaq.