24 Noyabr 2024
Ölkə futbolu

“Qəbələ”dən rəsmi transfer

Bu gün 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib. 

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu sıralarına qatıb. Son klubu “Zirə” olan 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.

2010/11, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də “Qəbələ”də çıxış edən Nəzirov “qırmızı-qara” formada ümumilikdə 28 oyun keçirib. Bunlardan 25-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib. Anar karyerası ərzində həmçinin “Kəpəz”, “Turan”, “Neftçi”, “Standard” və “Sumqayıt”ın da formasını geyinib. O, Premyer Liqada 219 matç keçirib.

Azərbaycan milli komandasında 2012-ci ildə debüt edən qolkiper əsas yığmada indiyədək 4 matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43