“Qəbələ” Azərbaycan Premyer Liqası 20-ci turu çərçivəsində keçiriləcək “Neftçi” oyununa itkilərlə çıxacaq.
İdmanxeber.az-a verilən məlumata görə, əyalət təmsilçisinin müdafiəçisi Lukas Afriko “ağ-qaralar”la görüşü buraxacaq. Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir. O, “Sumqayıt”la matçda sarı vərəqə alaraq cəza limitini doldurub.
Afriko ilə yanaşı, Ahmed Ayzaya da zədə səbəbindən “Neftçi” ilə oyunda iştirak etməyəcək.
Xatırladaq ki, portuqaliyalı müdafiəçi “kimyaçılar”la görüşdə rəqibinə qarşı kobud oynayaraq penaltiyə səbəb olmuşdu.