Kateqoriyasız

“Qəbələ”nin Antalyada ikinci sınağı

Təlim-məşq toplanışınI antalyada davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Şimali Makedoniyanın “Borats” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” ilk sınaq matçında Polşa “Zaqlembe”sinə 1:2 hesabı ilə uduzub. Elmar Baxşıyevin komandası yanvarın 24-də son yoxlama matçında “Bohemians” (Çexiya) ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43