Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda TPL-nın son turunda baş tutan “Sumqayıt” – “Qəbələ” matçındakı yaşanan hadisələrlə bağlı yekun qərarlar verilib.
Əyalət təmsilçisinin heyətində qırmızı vərəqə görən futbolçul Rauf Əliyev 1 oyun cəzalanıb. Sözügedən matçda meydanda qovulan digər futbolçu Bəhlul Mustafazadənin isə gördüyü qırmızı vərəqə ləğv edilib.