Kateqoriyasız

“Qəbələ” mübarizəni dayandırdı  – YENİLƏNİB 

“Qəbələ” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan “Fehervar”ı ilə cavab oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Macarıstan təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Qəbələ təmsilçisi görüşdə  2:1 qalib gəlsə də, ilk oyunda 1:4 məğlub olduğu üçün növbəti mərhələyə yüksələ bilməyib.

Cütün qalibi növbəti mərhələdə “Petrokub” (Moldova)/”Laçi” (Albaniya) duelinin qazananı ilə qarşılaşacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu

28 iyul

20:00. “Qəbələ” (Azərbaycan) – “Fehervar” 2:1 (Macarıstan)
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun – 1:4


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43