“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov klubdan ayrıla bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oyunçunun xidmətində “Araz Naxçıvan” klubu maraqlıdır. Elmar Baxşıyev sabiq futbolçusunu komandada görmək istəyir.
Tərəflər arasında bir müddətdir danışıqlar davam edir. Futbolçunun Naxçıvan klubuna transfer olub-olmayacağı yaxın günlərdə bəlli olacaq.
Xatırladaq ki, mövsümü sonuncu bitirən “Qəbələ” növbəti mövsümdən I Liqada çıxış edəcək.