Ölkə futbolu

“Qəbələ”nin futbolçusu “Seltik”in hədəfində

“Qəbələ”nin müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Şotlandiyada davam etdirə bilər. 

İdmanxeber.az-ın məlumatına görə, Dedrik Boyata “Herta”ya keçəcəyi, Filip Benkoviç isə “Lester”ə qayıdacağı üçün Şotlandiya təmsilçisi yeni müdafiəçi axtarışına çıxıb. Mustafazadənin klubun yay toplanışına dəvət ediləcəyi qeyd olunub. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilə imzalanacaq.

Milli komandamızın üzvü  “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. O, bu mövsüm Azərbaycan Premyer Liqasında 20 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43