27 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”nin futbolçusundan baxımlı qol – VİDEO

Azərbaycan I Liqasında növbəti turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma  meydanda “Mingəçevir”i qəbul edib. Görüş ev sahibinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

“Qırmızı-qaralar”ın futbolçusu Şahin Şəhniyarov görüşdə baxımlı qola imza atıb. Onun uzaq məsafədən vurduğu zərbə qapıdan keçib.

Həmin qolun videosunu təqdim edirik.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43