“Qəbələ”nin futbolçusu Ruan Renato Konfrans Liqasına vəsiqə qazanmaları ilə bağlı instaqramda paylaşım edib.
İdmanxeber.az xəbər verir ki, braziliyalı müdafiəçi postunda bunları yazıb:
“Unudulmaz anlar yaşadıq. Bunun bir parçası olduğum üçün şadam. Bizə inanmırdılar. Sona qədər mübarizə apardıq. Həm qələbələr oldu, həm məğlubiyyətlər. Bütün çətinliklərə qalib gəldik və məqsədimizə çatdıq.
Hər kəsi – tək meydanda olanları deyil, zədəliləri, ehtiyatda qalanları, klubun bütün nümayəndələrini təbrik edirəm. Bizə dəstəyini dayandırmayan azarkeşlərimizə də təşəkkür edirəm. Biz buna layiqik. Ümid edirəm ki, son ev oyunumuzda tribunalar dolu olacaq və qazandığımız uğuru birlikdə qeyd edəcəyik”.