“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo milli komandasında növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin V turunun iştirakçısı olub. Atakora Toqo yığmasının Əlcəzairlə ev oyununda meydana çıxıb. Start heyətində yer alan Lalavele 90 dəqiqəni əvəzolunmadan keçirib.
Öz meydanında 1:4 hesabı ilə uduzan Toqo millisi 5 turdan sonra 5 xala malikdir. Atakoranın komandası D qrupunda 3-cü pillədə qərarlaşıb. Toqolular martın 22-də keçiriləcək son turda Beninin qonağı olacaq.
Xatırladaq ki, Lalavele 2 qol vurduğu yığmada 41-ci oyununu keçirib.