Kateqoriyasız

Qədirzadə oynadı, komandası xal qazandı

Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dila Qori” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 69-cu dəqiqədə meydana buraxılıb.

“Samtrediya” 11 oyuna topladığı 8 xalla hazırda 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43