23 Fevral 2025
Ölkə futbolu

“Qələbə üçün gəlmişdik, 1 xalla kifayətləndik”

“İlk hissədə daha yaxşı çıxış etdik. Qapımızda bir dəfə təhlükəli an yaşandı. Həm hücum, həm də müdafiə planında daha yaxşı idik. İkinci hissədə rəqibin irəli atılacağı məlum idi. Buna baxmayaraq, ikinci yarıda da yaxşı çıxış etdik. Bura qələbə qazanmaq üçün gəlmişdik, amma 1 xalla kifayətləndik. Nəticə qənaətbəxşdir. Oyunumuzda da inkişaf var. Bunun davamını gətirmək istəyirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Cavid Hüseynov “Araz Naxçıvan” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

Əvvəlki turlarda qollar vurmuşuq. Bunu problem hesab etmirəm. Son turlarda qarşılaşdığımız “Sabah” və “Araz-Naxçıvan” yaxşı rəqiblərdir. Bütün oyunlara yanaşmamız eynidir. Birinci istəyim odur ki, futbolçular inkişaf etsin. Qarşıda hələ 12 tur var. Növbəti turdakı “Şamaxı” ilə qarşılaşma bizim üçün final oyunu deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43