Kateqoriyasız

“Qələbəmizlə onların cavabını meydanda verdik” – Tahir Gözəl

“Biz “Qarabağ” olaraq bu gun hər şeyi düzgün etdik. Onların Kiprdə bizə etdiklərinin cavabını meydanda, qələbəmizlə verdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun başqanı daha sonra sözlərinə belə davam edib:

“Kiprdə olan hadisələr onların öz mədəniyyəti idi. Onlar bu hərəkətlə özlərini kiçiltdilər. Ancaq biz onlara əsl azərbaycanlı mədəniyyəti göstərərək yaxşı qəbul etdik. Bu bizim mədəniyyətimiz idi”.

Tahir Gözəl daha sonra komandaya yeni hücumçunun lazım olduğunu da sözlərinə əlavə etdi:

“Bizim hücumçu problemimiz görünür. Ancaq indi futbolçu transfer etmək çox çətinləşib. Ancaq inanıram ki, “Qarabağ”a layiq yaxşı hücumçu tapacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43