09 Yanvar 2025
Ölkə futbolu

Qərarını dəyişdilər, onu komandada saxlamaq məcburiyyətində qaldılar

Transfer çalışmalarını davam etdirən “Kəpəz” mövsümün ikinci yarısına Gəncədə hazırlaşır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisinin məşqçilər korpusu fasilədə yolları ayıracağı gözlənilən Braqa ilə bağlı qərarını dəyişib. “Sarı-göylər” “sambaçı”nı saxlamaqda məcburdu. Belə ki, hazırda o mövqeyə istədiyi transferi edə bilməyən komanda braziliyalı vinger ilə mövsümün sonuna kimi yola davam edəcək. Hətta yeni transfer olacağı təqdirdə belə, Braqanın göndərilməsi məsələsi müzakirə edilməyəcək.

Mövsümün əvvəlindən əvəzedici heyətə göndərilən albaniyalı futbolçu Redon Mihana ilə bütün məsələlərdə razılıq əldə olunub və o, komandadan göndərilib.

Digər legioner futbolçu Lassana Ndiaye isə özünə yeni klub axtarmaqdadı. O, bu səbəbdən “Kəpəz”in məşqlərinə qoşulmur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43