22 Oktyabr 2024
Ölkə futbolu Premyer Liqa

Qərb derbisi öncəsi “Kəpəz”i narahat edən məqam

Misli Premyer Liqasının 11-ci turunda səfərdə “Turan Tovuz”la qarşılaşacaq “Kəpəz” bu matça ciddi itki ilə çıxa bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Qərb derbisində Mahamadu Banın xidmətindən yararlanmaya bilər. Malili yarımmüdafiəçi “Qarabağ”la matçda aldığı zədə səbəbindən Tovuz səfərindəki oyunu buraxa bilər. Yenudən həkim muayinəsindən keçəcək futbolçunun oynayıb-oynaya bilməməsi isə həmin gün bilinəcək.

Qeyd edək ki, eyni mövqedə çıxış edən Elmir Tağıyev də mövsümün əvvəlində uzunmüddətli zədə alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43