25 Oktyabr 2024
Ölkə futbolu

Qərb derbisində “Turan Tovuz” qalib gəldi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk güdə 1 matç keçirilib. Tur Qərb derbisi ilə başlayıb.

2-ci yerdəki “Turan Tovuz” autsayder “Kəpəz”ə qalib gəlib – 2:1.

Qeyd edək ki, turun digər oyunları 26 və 27 oktyabr tarixlərində keçiriləcək.

11-ci tur

25 oktyabr (cümə)

19:00. “Turan Tovuz” – “Kəpəz” 2:1

Qollar: Veysəl Rzayev, 15 (1:0), Luis Paçu, 76 – pen. (1:1), E. Hakman (2:1), 90+3

Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43