Kateqoriyasız

Qərb derbisini “Kəpəz” qazandı

Futbol üzrə Azərbaycan I Divizionunda VIII tura start verilib.

Turun açılış matçında qərb derbisi baş tutub. Gəncədə keçirilən “Kəpəz” – “Turan Tovuz” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

7 oyun keçirən “Kəpəz” 13 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Turan Tovuz” isə 8 oyunda topladığı 7 xalla 11-ci yerdədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43