Ötən günlərdə avtomobil qəzası keçirən “Vest Hem”in futbolçusu Maykl Antonio karyerasını başa vura bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Daily Mail” nəşri xəbər dərc edib. Bildirilir ki, dizində və ayaqların sınıqları olan oyunçu futbola vidalaşa bilər. Xəbərdə yamaykalı futbolçunun həkim nəzarətində olduğu vurğulanıb.
Onun yenidən yaşıl meydanlara dönüb-dönməyəcəyi isə bir il sonra bəlli olacaq.