“Avstraliya Open”də qadınların mübarizəsində yarımfinal görüşləri keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, ilk oyunda amerikalı Koko Qauff və belaruslu Arina Sabalenka qarşı-qarşıya gəlib. Görüş son çempion Sabalenkanın 2 setdə qələbəsiylə bitib – 2:0 (7-6 (2), 6-4)
Digər görüşdə isə çinli Çinven Çjenlə ukraynalı Dayana Yastremskaya üz-üzə gəlib. 21 yaşlı Çjen maraqlı mübarizə şəraitində keçən görüşü set vermədən qazanıb – 2:0 (6-4, 6-4)
21 yaşlı Çinli tennisçi karyerasında ilk dəfə böyük dəbilqə finalı oynayacaq.