"Milan"ın baş məşqçisi Massimiliano Alleqri "Yuventus"la keçiriləcəkləri oyundan jurnalistlə üçün brifinq keçirib.
O, "Yuventus"un Çempionlar Liqasında "Qalatasaray"la oynadığı maçt (2:2) barədə də danışıb.
"Biz, "Yuventus"un "Qalatasaray"la bərabərə qalacağını düşünmürdük. "Qalatasaray"la maçtda qalibiyyəti haqq etdilər, amma bir xal qazana bildilər. Bu amil, onları bizimlə maçta daha istəkli çıxaracaq. "Yuventus" həm çempionatın, həm də Çempionlar Liqasının favortidir. Fiziki və texniki baxımdan çox güclüdürlər. Krizdə olduqlarını düşünmürəm. Çərşənbə günü oynadıqları maçt anormal hesabla bitdi. Təkrar 100 dəfə oynasalar, 99-un qazanacaqlar".