Dünya futbolu

“Qalatasaray” alman ovunda

Sneyder bə Droqba kimi futbolçuları transfer edən “Qalatasaray” daha bir ulduza göz dikib.

Türkiyə mətbuatında yayılan məlumata görə, “cim-bom” “Arsenal”da baş məşqçisi Arsen Venger ilə problemlər yaşayan Lukaş Podolskiyə 10 milyon avro təklif göndərib. Alman futbolçu ilə “Şalke”, “Volfsburq” və “Tottenhem” yaxından maraqlansa da, bu klublardan heç biri “Qalatasaray”ın verəcəyi məbləğin yanına yanaşmır.

Qüvvətli zərbələrə malik olan Podolskiyə illik 3 milyon avro təkli edən “sarı-qırmızılılar”ın bu məbləği artıracağı istisna deyil.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan ulduz futbolçu “Arsenal”a “Köln”dən transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43