03 Oktyabr 2024
Dünya futbolu

“Qalatasaray” avrokubok oyununa ciddi itkilərlə çıxacaq

“Qalatasaray” UEFA Avropa Liqası Liqa mərhələsinin II turunda səfərdə RFS-lə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Latviyadakı matça ciddi itkilərlə çıxacaq. Kart cəzalısı olan Fernando Muslera ilə yanaşı, zədəli Viktor Osimhenlə Hakim Ziyeş görüşdə iştirak edə bilməyəcək.

Xatırladaq ki, RFS – “Qalatasaray” oyunu sabah saat 20:45-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43