Bir müddətdir ki, zədəli olan “Qalatasaray”ın futbolçusu Muslera artıq siraya dönür.
Türkiyə Superliqasında “Konyaspor”la matçda ayaq barmağından zədələndiyi üçün bir neçə əhəmiyyətli matçları buraxan uruqvaylı qapıçı artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
“Cim-Bom”un çalışdırıcı Roberto Mançinin Musleraya “Elazığspor” və “Yuventus”la matçda oynamağa şans verəcəyi bildirilir.