Ali Futbol qurumu “sarı-qırmızılı” komandanın cəzasını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, UEFA “Qalatasaray”a Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Borussiya” ilə matçda baş verən hadisələrə görə 70 min euro pul cəzası kəsib.
Qeyd edək ki, “Borussiya ilə görüşdə “Qalatasaray”lı azarkeşlərin meydana məşəl atması səbəbindən oyun iki dəfə dayandırılmışdı.