Türkiyə superliqasında 16-cı turun oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, turun mərkəzi görüşü İstanbulda keçirilib. Burada "Beşiktaş" "Qalatasaray"ı qonaq edib.
Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Beşiktaş" "Cim-Bom"a müqavimət göstərə bilməyib. Gəlmələr iki cavabsız qolla 3 xalı qazanaraq, "qara qartal"ı taxtdan salıb.
3 yanvar
Türkiyə superliqası, 16-cı tur
"Beşiktaş" – "Qalatasaray" – 0:2
Qollar: Melo, 50, Burak, 90+6