18 Yanvar 2025
Dünya futbolu

“Qalatasaray” braziliyalı ilə anlaşmağa yaxındı

“Qalatasaray” rəsmiləri yarımmüdafiəçi Markus Vendelin transferi ilə bağlı “Zenit” rəhbərliyi ilə danışıqlara başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu özü də İstanbul klubunda çıxış etmək istəyir. Bu səbəbdən də tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir.

Vendelin “Zenit”lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.

Braziliyalı 2020-ci ildən “Zenit”də çıxış edir. O, ötən mövsüm komandanın heyətində 35 matça çıxıb, 4 qol vurub, 10 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi iyulun 13-də Rusiya Superkubokunda “Krasnodar”la oyunda (4:2) bir qol vurub, iki assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43