Bu gün iki qarşılaşma ilə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlara yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, Türkiyədə "Qalatasaray" İngiltərə nəhəngi "Çelsi" ilə üz-üzə gələcək. Joze Mourinyonun yetirmələri Premyer Liqadakı uğurunu ÇL-də də davam etdirmək niyyətindədirlər. Mançininin rəhbərlik etdiyi "Cim-Bom" isə güclü rəqibi qarşısında necə oyun sərgiləyəcəyi maraqla gözlənilir.
Günün digər matçında isə "Şalke" Madrid "Real" ilə üz-üzə gələcək. İstər cütün, istərsə də Almaniyadakı matçın favoriti İspaniya klubudu.
Çempionlar Liqası, ilk oyunlar
26 fevral (çərşənbə)
23:45. "Qalatasaray" (Türkiyə) – "Çelsi" (İngiltərə) 1:1
Qol: Torres, 9, Şedju 64
23:45. "Şalke" (Almaniya) – "Real" (Madrid, İspaniya) 1:6
Qol: Benzema, 13, 57, Qaret Beyl, 21, 69, Ronaldo 52, 89, Huntelar, 90