Dünya futbolu

“Qalatasaray” daha bir legionerini göndərdi

Türkiyənin “Qalatasaray” klubu daha bir futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, “Cim-Bom”  28 yaşlı müdafiəçi Yedlinlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Yedlinin karyerasına ABŞ-da davam edəcəyi gözlənilir. Amerikalı oyunçu ilə “İnter Mayami” klubu yaxından maraqlanır.

“Qalatasaray”da bundan əvvəl Qustavo Enrike (Qustavo Assunçao) ilə yollar ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43