Daha öncə 29 dekabrda keçirilməli olan Türkiyə Süperkubokunun yeni vaxtı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanında oynanılmalı olan oyun klubların son anda siyasi səbəblərə görə meydana çıxmamasından ötrü təxirə salınmışdı.
”Qalatasaray” və “Fənərbağça” arasında keçiriləcək görüş aprelin 7-si Şanlıurfada oynanılacaq. TFF bu haqda rəsmi saytından məlumat verib.