Dünya futbolu

“Qalatasaray” fransalı qapıçı transfer edir

“Qalatasaray” “Lill”in qapıçısı Lukas Şevalyeni heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Fernando Musleranın yerinə fransalını gətirmək istəyir. Lukas bu mövsüm Fransa Liqa 1-də 24 oyun keçirib.

23 yaşlı futbolçu “Lill” yetirməsidir. Onun komandası ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43