“Qalatasaray” yetirməsi Cankat Yılmaz ilə peşəkar müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı qapıçıyla 2027-ci ilə qədər sözləşmə bağlanıb. “Sarı-qırmızılar” bu müqavilənin ardından gənc oyunçunu icarəyə verib.
O, I Liqa klubu “Adanaspor”un formasını geyinəcək. Cankat Yılmaz Türkiyənin gənclərdən ibarət milli komandalarında da oynayıb.