Dünyadan

“Qalatasaray” hollandiyalı futbolçu transfer edir

“Qalatasaray” Hollandiyanın “Ayaks” klubunun futbolçusu Rikardo van Rhijni heyətinə qatmağa hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, “Cim-bom” futbolçunun keçidi üçün Amsterdam klubu ilə danışıqlara başlayıb. 

Əgər bu transfer baş tutsa, 24 yaşlı oyunçu ilə 3.5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Rikardo van Rhijn bu  mövsüm oynadığı 11 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43