“Qalatasaray” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Litva təmsilçisi “Jalqiris”lə qarşılaşıb. İlk matçda səfərdə 2:2 hesablı heç-heçə qeyd alınsa da, cavab oyununda “sarı-qırmızılar” rəqibini məğlub etməyi bacarıb.
Bu qələbədən sonra “Qalatasaray” ÇL-in III təsnifat mərəhləsində Sloveniya klubu “Olimpik”lə (Lyublyana) qarşılaşacaq.