“Qalatasaray” Milot Raşitsanı yenidən heyətinə qatmaq üçün “Norviç”lə danışıqlar aparır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu kosovalı futbolçunu
bu dəfə icarə yox, birdəfəlik satın almaq istəyir. “Norviç”lə transfer məbləğini aşağı salmaq üçün müzakirələr davam edir.
Raşitsa keçən mövsüm “sarı-qırmızılar”ın heyətində 30 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.