Bu gecə Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
Gecənin ən maraqlı matçı Türkiyədə keçiriləcək. Burada "Qalatasaray" Portuqaliyanın "Benfika" klubunu sınağa çəkəcək. 2 oyunda 1 xal toplayan "Cim-bom" ilk qələbəsini qazanmaq üçün əlindən gələni edəcək.
21 oktyabr
Çempionlar Liqası, qrup mərhələsi
A qrupu
PSJ (Fransa) – "Real" (Madrid, İspaniya) – 0:0
"Malmö" (İsveç) – "Şaxtyor" (Donetsk, Ukrayna) – 1:0
B qrupu
CSKA (Moskva, Rusiya) – "Mançester Yunayted" (İngiltərə) – 1:1
"Volfsburq" (Almaniya) – PSV (Hollandiya) – 2:0
C qrupu
"Qalatasaray" (Türkiyə) – "Benfika" (Portuqaliya) – 2:1
"Atletiko" (Madrid, İspaniya) – "Astana" (Qazaxıstan) – 4:0
D qrupu
"Yuventus" (İtaliya) – "Borussiya" (Münhenqladbax, Almaniya) – 0:0
"Mançester Siti" (İngiltərə) – "Sevilya" (İspaniya) – 2:1