Dünya futbolu

“Qalatasaray” “Milan”ın yetirməsini alır

Çempionlar Liqasında “Yuventus”u məğlub edərək qrupdan çıxmağı bacaran “Qalatasaray” transfer çalışmalarına start verib.

Baş məşqçi Roberto Mançininin göstərişi ilə rəhbərlik bu dəfə İtaliya A seriyasına üz tutub.

“Tuttomercato” nəşrinin yaydığı xəbərə görə,  Tomaş Ulfalusinin ayrılmasından sonra heç cür müdafiədə problemləri aradan qaldıra bilməyən “Qalatasaray” “Kalyari”nin futbolçusu Davide Astoriyə elçi düşüb. “Milan”ın yetirməsi olan və 2008-ci ildə 5 miıyon avro qarşılığında “Kalyari”yə transfer olunan futbolçu komandanın aparıcı üzvü sayılır.

Futbolçu ilə türk klubu ilə yanaşı Rusiyanın Moskva “Lokomotiv”i də yaxından maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43