20 Oktyabr 2024
Dünya futbolu

“Qalatasaray” millinin futbolçusu ilə müqavilə imzalayır

“Qalatasaray” Barış Alper Yılmazla yeni müqavilə bağlayır.

İdmanxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər arasında 4 illik müqavilə bağlanıb. Türkiyə millisinin üzvü illik 1,7 milyon avro qazanacaq.

Futbolçunun sözləşməsində sərbəst qalma maddəsi də əlavə edilib. O, 35 milyon qarşılığında başqa kluba transfer oluna biləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43