10 İyun 2026
Dünya futbolu

“Qalatasaray” millinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” yay transfer pəncərəsində orta xətti gücləndirməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə,  İstanbul təmsilçisi Almaniya millisinin üzvü Nadiem Amiri ilə maraqlanır. Klub rəhbərliyi təcrübəli futbolçunun transfer imkanlarını araşdırır.

Amiri son mövsümdə sabit çıxışı ilə diqqət çəkib. “Qalatasaray” rəhbərliyi onun Çempionlar Liqasında komandaya fayda verəcəyini düşünür.

Hələlik tərəflər arasında rəsmi danışıqların başlanmadığı bildirilir. Buna baxmayaraq, futbolçunun adı klubun transfer siyahısında yer almaqda davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43